İdman

Maaş gecikdiyi üçün MƏŞQƏ ÇIXMADILAR

16 Oktyabr 2023 08:19
Baxış: 911
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə I Liqada çıxış edən "İrəvan" futbol klubunun oyunçuları ötən gün məşqə çıxmayıblar.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, oyunçular üç aydır, maaşlarını ala bilmədikləri üçün bu addımı atıblar. Mövsümün əvvəlindən pulları ödənilməyən futbolçular dəfələrlə rəhbərliklə görüşsə də, maaşları ödənilməyib. Onlar zəruri idman ləvazimatları, o cümlədən idman geyimləri, həmçinin tibbi ləvazimatlarla təmin edilməyiblər.

Oyunçular maaşları ödənilmədiyi təqdirdə məşqləri "boykot" etməyə davam edəcəklər. Onlar, həmçinin, oktyabrın 18-də "İmişli" ilə səfər oyununda meydana çıxmaqdan da imtina etmək niyyətindədirlər.

Qeyd edək ki, mövsümün əvvəlində komandaya güclü maliyyə dəstəyi ayrılacağı bildirilmişdi.

Hazırda "İrəvan" l Liqanın turnir cədvəlində 10 xalla vahid liderdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.