İdman

Amerikalı qadın Ronaldodan əl çəkmir: “Təcavüz edib!”

4 Oktyabr 2023 19:15
Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səudiyyə Ərəbistanının "Əl-Nəsr"inin hücumçusu Kriştiano Ronaldoya qarşı yeni iddia irəli sürülüb. 

Milli.Az yenisabah.az- a istindən xəbər verir ki, futbolçunu daha əvvəl cinsi təcavüzdə günahlandıran ABŞ vətəndaşı Ketrin Mayorqanın bu dəfə də eyni mövzuda cinsi təcavüzü ilə bağlı yeni iddia qaldırılıb. 

Bildirilir ki, qızın daha öncəki iddiası oğurlanmış məxfi sənədlərdən istifadə edildiyi üçün ABŞ-ın bir dairə hakimi tərəfindən rədd edilib. Mayorqanın nümayəndələri hazırda ABŞ Apellyasiya Məhkəməsinin işin rədd edilməsini ləğv etməsi və müştərilərinin 2018-ci ildə ilk dəfə qaldırdığı mülki iddianın bərpası üçün çalışırlar. 

Xatırladaq ki, 2018-ci ildə Mayorqa portuqaliyalı futbolçunun Las-Veqasda ona təcavüz etdiyini demişdi. Sözügedən qadın iddiasına görə, hadisə 2009-cu ildə baş verib, bundan sonra Ronaldo Mayorqaya susması üçün 375 min dollar verib. Ronaldo isə bu ittihamları rədd etmişdi. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.