İdman

Məşhur futbolçunun evinə oğru girdi

27 Sentyabr 2023 17:30
Baxış: 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Sevilya" klubunun futbolçusu Serxio Ramosun evi qarət olunub.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə sentyabrın 20-də "Lans"a qarşı Çempionlar Liqasının qrup mərhələsinin I turunun oyunu zamanı baş verib.

Həmin vaxt evdə 37 yaşlı müdafiəçinin dörd övladı və iki müəllimi olub. Onlar hadisə zamanı xəsarət almayıblar.

Qeyd edək ki, Serxio Ramos 18 ildən sonra "Sevilya"ya qayıdıb. O, İspaniyada "Real", Fransada isə PSJ klublarının da formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.