İdman

"Arsenal" 80 milyona aldığı hücumçunun əlində qalıb

6 Sentyabr 2023 20:00
Baxış: 1 918
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

London "Arsenal"ı ilə İstanbulun "Beşiktaş" klubu Fil Dişi Sahilindən olan hücumçu Nikolya Pepenin transferi ilə bağlı razılığa gələ bilmir. 

Milli.Az fanat.az-a istinadən bildirir ki, bu barədə "Lequipe" məlumat yayıb.

Mənbənin məlumatına görə, tərəflər hələ də danışıqlar aparır, lakin hələlik razılığa gələ bilmirlər. Eyni zamanda, Nikolasın özü də artıq tibbi müayinədən keçib və Türkiyə komandasına keçməyə razılıq verib.

"Topçular" Pepeni 2019-cu ilin yayında Fransanın "Lill" klubundan 80 milyon avroya alıb. Tərəflər arasında mövcud müqavilənin müddəti gələn ilin ortalarına qədərdir. Futbolçu ötən mövsüm "Nitsa"da icarə əsasında çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.