İdman

“Qalatasaray” ÇL-in qrupunda - FOTO

30 Avqust 2023 07:47
Baxış: 2 032
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqası pley-off mərhələsinin cavab oyunları keçirilib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, öz meydanında qələbə qazanan "Qalatasaray" qrup mərhələsində oynamaq hüququ qazanıb.

Türkiyə çempionu səfərdə olduğu kimi, doğma azarkeşlər qarşısında da qələbə qazanıb. "Sarı-qırmızılar" "Molde"ni məğlubiyyətə uğradıblar. Hesabı İkardi penalti zərbəsi ilə açıb. Qonaqlar bərabərlik qolunu vurmağa nail olsalar da, son dəqiqələrdə "Qalatasaray" qələbə topunu rəqin qapısından keçirib.

"Braqa" da hər iki oyunda qələbə qazanıb.  Öz meydanında "Panatinaikos"a qalib gələn Portuqaliya təmsilçisi səfərdə də eyni uğuru təkrarlaya bilib.

"Yanq Boyz" İsveçrədə "Makkabi"yə qalib gəlib. 3:0 hesablı qələbə isveçrəlilərə turnirin qrup mərhələsində oynamaq hüququ verib.

Çempionlar Liqası
Pley-off, cavab oyunları
29 avqust
"Qalatasaray" (Türkiyə) - "Molde" (Norveç) - 2:1
İlk oyun - 3:2
"Panatinaikos" (Yunanıstan) - "Braqa" (Portuqaliya) - 0:1
İlk oyun - 1:2
"Yanq Boyz" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail) - 3:0
İlk oyun - 0:0

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.