İdman

Salah bu kluba keçir

27 Avqust 2023 14:56
Baxış: 1 899
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərənin "Liverpul" komandasının hücumçusu Məhəmməd Salah Səudiyyə Ərəbistanının "Əl-İttihad" komandasına keçir.

Milli.Az APA-ya istinadən bildirir ki, Məhəmməd Salah İngiltərə çempionatının üçüncü turunda "Nyukasl"-la oyundan sonra "Əl-İttihad" komandasına keçidlə əlaqədar tibbi müayinə üçün Səudiyyə Ərəbistanına gedəcək.

Beləliklə, misirli futbolçu avqustun 27-də İngiltərə çempionatında son oyununu keçirə bilər.

Qeyd edək ki, ötən mövsüm Məhəmməd Salah "Liverpul"-la 38 oyuna çıxıb, 19 qol vurub, 12 məhsuldar ötürmə edib. Hazırda bazar dəyəri 65 milyon avro olan futbolçunun "Liverpul"-la 2025-ci ilin yayına qədər müqaviləsi var.

Bundan əvvəl Məhəmməd Salahın "Liverpul" rəhbərliyinə "Əl-İttihad"-a keçmək niyyətini çatdırdığı barədə məlumat yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.