İdman

“İdman” TV: “Yayımla bağlı ortaya çıxan problemdə “Qarabağ” klubu da məsuliyyət daşıyır”

25 Avqust 2023 14:27
Baxış: 1 052
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yayımla bağlı ortaya çıxan problemdə "İdman" TV qədər "Qarabağ" klubu da məsuliyyət daşıyır".

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "İdman" TV UEFA Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın Sloveniya klubu "Olimpiya" ilə keçirdiyi səfər oyunu zamanı yayımda yaranmış problemlə bağlı bəyanatda bildirib.

Telekanal rəhbərliyi məsələ ilə bağlı yaxın müddətdə Azərbaycan çempionunun rəsmiləri ilə görüş keçirməyi planlaşdırır: "Olimpiya" - "Qarabağ" görüşünün "İdman" TV vasitəsilə göstərilməməsindən narahatlığınızı və iradlarınızı başa düşür, üzr istəyirik. "Qarabağ" klubundan fərqli olaraq, biz yaranmış problemin əsl mahiyyətini araşdırmadan kimisə ittiham etmək istəmirik. Odur ki, ən yaxın zamanda klub rəhbərləri ilə AzTV rəhbərliyi arasında görüş keçiriləcək".

Qeyd edək ki, "Qarabağ"ın 2:0 hesabı ilə qalib gəldiyi qarşılaşma 69-cu dəqiqədən etibarən yayımlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.