İdman

Benzema Səudiyyə Ərəbistanında qalmaqala səbəb oldu: “Əl-İttihad”ı tərk edə bilər

25 Avqust 2023 01:10
Baxış: 1 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu yay İspaniyanın "Real Madrid" klubundan ayrılıb Səudiyyə Ərəbistanının "Əl-İttihad"ına keçən Kərim Benzema klubda qalmaqala səbəb olub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, fransalı ulduz futbolçu ilə komandanın portuqaliyalı baş məşqçisi Nunu Eşpiritu Santunun münasibətləri pisləşib. Məlumata görə, çalışdırıcı klub rəhbərliyinə Benzemanın onun oyun üslubuna uyğun gəlmədiyini bildirib. Ümumiyyətlə, o, bu transferdə istəkli olmayıb. Baş məşqçi ulduz oyunçunu əsas heyətdə düşünmür.

Benzema isə komandanın kapitanlıq sarğısının ona verilməməsindən narazıdır. Hətta futbolçunun son məşqə çıxmadığı bildirilir.

Baş məşqçi ilə münasibətləri pis olan forvard bununla bağlı Səudiyyə Ərəbistanına keçidində vasitəçilik edən yerli nümayəndə ilə görüşüb və vəziyyətin düzəldilməsini istəyib. Əks halda transfer pəncərəsinin sonuna qədər onun komandadan ayrılması gündəmə gələ bilər.

"ƏI-İttihad" isə açıqlama yayaraq məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.