İdman

Avropa Liqası: "Qarabağ" pley-offda - VİDEO - YENİLƏNDİ

17 Avqust 2023 21:58
Baxış: 2 796
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

Milli.Az report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Finlandiyada HİK-in qonağı olub.

"Bolt Arena"dakı qarşılaşma "köhlən atlar"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın qollarını 45+3-cü dəqiqədə penaltidən Toral Bayramov, 56-cı dəqiqədə Yassin Benzia vurub. Meydan sahiblərində Santeri Hostikka 11-ci dəqiqədə fərqlənib. Kevin Kuassivi-Benissan isə 17-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq Helsinki klubunu azlıqda qoyub.

İlk matçda da rəqibini eyni hesabla üstələyən "Qarabağ" UEFA Avropa Liqasının pley-offuna yüksəlib. Ağdamlılar bu raundda Sloveniya çempionu "Olimpiya" ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.