İdman

Bu gün UEFA Superkubokunun qalibi BƏLLİ OLACAQ

16 Avqust 2023 22:15
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Superkubokunun qalibi müəyyənləşəcək.

Milli.Az xəbər verir ki, həlledici qarşılaşma Yunanıstanın paytaxtı Afina şəhərində "Georgios Karaiskakis" stadionunda "Mançester Siti" və "Sevilya" komandaları arasında keçiriləcək. Görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Qeyd edək ki, "Mançester Siti" tarixində ilk dəfə UEFA Superkubokunda mübarizə aparacaqsa, İspaniya təmsilçisi 6-cı dəfə bu həyəcanı yaşayacaq. "Sevilya" indiyədək bir dəfə, 2006-cı ildə "Barselona"nı 3:0 hesabı ilə məğlub edərək Superkuboku qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.