İdman

“Neftçi”nin “Beşiktaş”la ev oyununun stadionu məlum oldu

4 Avqust 2023 20:08
Baxış: 1 579
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Beşiktaş"la qarşılaşacaq "Neftçi"nin rəqibini hansı stadionda qəbul edəcəyi məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma "Bakcell Arena"da keçirilməyəcək. Türkiyə klubuna marağın böyük olacağı nəzərə alınaraq qarşılaşmanın Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi qərara alınıb.

Xatırladaq ki, "Neftçi" "Jelezniçar", "Beşiktaş" isə "Tirana" səddini keçərək III mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, "Neftçi" "Beşiktaş"a qarşı ilk oyunu avqustun 10-da səfərdə, cavab matçını ayın 17-də Bakıda keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.