İdman

“Neftçi”nin oyunçusu tribunaya qalxdı, cazibədar xanımı ilə dodaq-dodağa... VİDEO - FOTO

30 İyul 2023 23:49
Baxış: 2 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Jelezniçar"la oyun "Neftçi"nin qapıçısı İvan Brkiç üçün xüsusi əhəmiyyət daşıyırdı. Belə ki, 28 yaşlı qolkiperin Daria adlı həyat yoldaşı əslən Bosniya və Hersoqovinadandır. Elə cümə axşamı keçirilən oyunda cazibədar xanım da Sarayevodakı "Qrbaviça" stadionunda olub.

Milli.AZ sportinfo.az-a istinadən xəbər verir ki, 90 dəqiqə ərzində həyat yoldaşını tribunadan dəstəkləyən Daria qarşılaşma başa çatandan sonra Brkiçi yanına səsləyib.

"Neftçi"nin futbolçusu məhəccərlərdən tutaraq tribunaya qalxıb, xanımının təbrikini qəbul edib və cütlüyün görüşməsi ortaya təsirli sevgi səhnəsi çıxarıb.

Yeri gəlmişkən, Brkiç 2018-2021-ci illər aralığında Bosniyada "Zrinski Mostar"ın şərəfini qoruyub və model xanımla da məhz həmin ərəfədə tanış olub.

Cütlüyün birgə nigahdan Adrian adlı oğlu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.