İdman

"Rakuv"la oyundan öncə "Qarabağ"da şok itki

26 İyul 2023 21:30
Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" klubunun futbolçusu Marko Veşoviç zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı müdafiəçi ötən gün Polşadakı "Miejski" arenasında keçirilən məşq zamanı budundan zədə alıb. Bugünkü müayinənin ilkin nəticəsinə əsasən, Marko ən az 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Veşoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Polşa "Rakov"u ilə hər iki görüşü buraxacaq.

Qeyd edək ki, "Qarabağ"la "Rakov" arasında ilk oyun bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab görüşü isə avqustun 2-də Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.