İdman

Şahruddinin səhvi yenə gündəm oldu - VİDEO

27 İyun 2023 23:36
Baxış: 3 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" Macarıstanın "Ferencvaroş" klubu ilə yoxlama görüşü keçirib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 3:3 hesabı ilə bitən qarşılaşmada Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev etdiyi səhvlə gündəmə gəlib.

Belə ki, qolkiper irəli çıxaraq topu uzaqlaşdırmaq istəsə də, bunu bacarmayıb və rəqib hesabı bərabərləşdirib. Şahruddinin bu səhvi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.