İdman

39 yaşlı Kuarejma türk nəhənginə transfer olur - Pulsuz oynayacaq

15 İyun 2023 12:10
Baxış: 1 447
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda klubsuz olan Rikardo Kuarejma yenidən Türkiyədə futbol oynaya bilər.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Kuarejma yenidən "Beşiktaş" formasını geyinmək istəyir. Türkiyə mətbuatına görə, 39 yaşlı futbolçu özü kluba təklif göndərib. Məlumata görə, Rikardo Kuarejma futbolçu karyerasına son qoymazdan əvvəl "Beşiktaş" formasını geyinmək istəyir. Meneceri vasitəsilə "Beşiktaş" rəhbərliyinə mesaj göndərən Kuarejma bu məsələdə ciddi olduğunu bildirib.

Futbolçu "Beşiktaş"ın maaşla bağlı istənilən təklifini qəbul edəcəyini bildirib. Türkiyə mediasının məlumatına görə, Kuarejma hətta pulsuz "Beşiktaş"da oynamağa hazırdır. "Beşiktaş" klubu hələlik məsələ barədə qərar verməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.