İdman

“Bavariya” ardıcıl 11-ci dəfə Bundesliqa çempionluğunu qazanıb

27 May 2023 20:30
Baxış: 980
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya" Almaniya Bundesliqasında ardıcıl 11-ci çempionluğunu qazanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Münhen təmsilçisi XXXIV - sonuncu turda "Köln" üzərində 2:1 hesablı səfər qələbəsi əldə edərək, buna nail olub.

Dortmund "Borussiya"sının son turda "Maynts"la qarşılaşmada büdrəməsindən (2:2) lazımınca yararlanan Tomas Tuxelin rəhbərlik etdiyi "Bavariya" mövsümü 71 xalla zirvədə başa vuraraq, ümumilikdə 33-cü dəfə Almaniya çempionluğuna yiyələnib.

Qızıl medalları son anda əldən verən dortmundlular da mövsümü 71 xalla tamamlayıblar. Lakin həm şəxsi oyunlarda, həm də top fərqində "Bavariya"dan geri qalan "Borussiya" ikinci yerlə kifayətlənib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.