İdman

Dünyanın ən çox qazanan 25 yaşadək idmançıları - ADLAR

17 May 2023 20:30
Baxış: 1 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən çox qazanan 25 yaşadək beş idmançısının siyahısı dərc edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, cədvələ Fransanın PSJ klubunun futbolçusu Kilian Mbappe başçılıq edir.

Fransalı hücumçunun illik qazancı 110 milyon avrodur. Amerikan futbolçusu Kayler Murrey ən zəngin ikinci gənc idmançıdır. NFL-də çıxış edən "Arizona Kardinals" klubunun formasını geyinən 26 yaşlı Murrey ildə 64 milyon avro qazanır. İlk "üçlüy"ü "Formula 1" üzrə dünya çempionatında "Red Bull" komandasının şərəfini qoruyan Maks Ferstappen (58 milyon) tamamlayır.

İngiltərənin "Mançester Siti" klubunun norveçli futbolçusu Erlinq Holann illik 47 milyon avro gəlirlə siyahıda dördüncüdür. NBA-da mübarizə aparan "Dallas Maveriks"in basketbolçusu Luka Donçiç isə 42 milyonluq qazancla beşinci pillədə qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.