İdman

Çempionlar Liqası: İkinci finalçı “Real Madrid” olacaq, yoxsa “Mançester Siti”?

17 May 2023 09:40
Baxış: 1 090
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ikinci finalçının adına İngiltərədə aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada "Real"la (Madrid) 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə rəqibi öz meydanında qəbul edəcək. "Etihad" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

UEFA Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Mançester, "Etihad" stadionu

İlk oyun - 1:1.

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.