İdman

Şenol Güneş: "Türkiyə Superkubokunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər"

13 May 2023 20:44
Baxış: 1 001
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyə Superkubokunu və ya hansısa oyunu Bakıda keçirmək bizə ancaq xeyir verə bilər".

Milli.Az report-a istinadla xəbər verir ki, bunu "Beşiktaş"ın baş məşqçisi Şenol Güneş Bakıda "Sabah"la 3:3 hesablı heç-heçə etdikləri xeyriyyə oyunundan sonra mətbuat konfransında deyib.

71 yaşlı mütəxəssis hər iki tərəfin açıq futbola üstünlük verdiyini söyləyib: "Dostluq matçı üçün Bakıya gəlmişik. "Sabah" klubuna və Azərbaycan xalqına təşəkkür edirik. Burada olduğumuz üçün çox xoşbəxtik. Bütün oyunçulara şans vermək istədik. Burada səmimi münasibət gördük. Belə azarkeşlərə gözəl futbol izlətmək istəyirdik. Biz buraya yardım məqsədi ilə gəlmişik. Belə qarşılaşmaların davamı gəlməlidir. Daha əvvəl verdiyimiz sözü bu gün həyata keçirə bildik. Azərbaycanın bütün komandalarına uğurlar arzulayıram".

Şenol Güneş futbolçu Onur Bulutun görüşün sonlarında halının pisləşdiyini və onun xəstəxanada müayinə olunacağını bildirib. O, "Beşiktaş"ın Azərbaycanda çoxlu azarkeşinin olmasına sevindiyini deyib.

Mütəxəssis hazırda "Sabah"la əməkdaşlıq planlarının olmadığını vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.