İdman

"Sabah" "Beşiktaş"la heç-heçə etdi - YENİLƏNİB

13 May 2023 20:08
Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, görüşdən əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

-------

19:36

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Milli.Az xəbər verir ki, 60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 3:3.

70-ci dəqiqədə Davit Volkov fərqlənib. 

---------

19:24
Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Milli.Az xəbər verir ki, 63-cü dəqiqədə İstanbul təmsilçisi hesabda önə keçib - 3:2. 

Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 

--------
19:05

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda ikinci hissə başlayıb. 

Hazırda hesab bərabərdir - 2:2. 

---------
18:49

"Sabah" - "Beşiktaş" - 2:2

-------

18:08

"Sabah" - "Beşiktaş" - 2:0 (Birinci hissə)

Qollar: Kaşuk, 3,5
Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, İnqilab Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

Bakının "Sabah" və Türkiyənin "Beşiktaş" futbol klubları arasında xeyriyyə oyunu keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçı baş hakim Tural Qurbanov idarə edir. Ona Vüsal Məmmədov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə İnqilab Məmmədov yerinə yetirəcək.

"Sabah" hesabı açdı. Aleksey Kaşuk 3-cü dəqiqədə fərqləndi.

Qeyd edək ki, matçdan əldə olunacaq gəlirlərin hamısı Türkiyədə zəlzələdən zərər görmüş insanlara yardım üçün göndəriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.