İdman

"Gündə bir-iki butulka pivə içirəm"- Məşhur boksçu

14 May 2023 12:31
Baxış: 1 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tayson Fyuri növbəti dəfə rinqə nə vaxt çıxacağını bilmir. Üstəlik, ağır çəkidə WBC dünya çempionu məşqdən və döyüş hazırlığından tamamilə imtina etdiyini etiraf edib.

Milli.Az lent.az-a istinadən bildirir ki, britaniyalı boksçunun sözlərinə görə, indi o, yalnız istirahət edir və komandasından rəsmi məlumat gözləyir.
 "Hazırda döyüş və sairə ilə bağlı zənglər məni xüsusilə maraqlandırmır. Tezliklə mənə rəqib tapsalar, sevinərəm. İndi hər gün bir neçə butulka pivə içirəm və günəş vannası qəbul edirəm.

Media çox şey yazır, amma bir kəlməyə də inanmıram. Əgər promouterlər həqiqətən nəsə etmək niyyətindədirlərsə, tələsmək lazımdır, çünki vaxt daralır", - Fyuri deyib.

Xatırladaq ki, bir müddət əvvəl Tayson Fyurinin promouteri Fran Uorren ona rəqib tapa bilmədiyini etiraf etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.