İdman

Ançelotti “Real”da qalacaq

8 May 2023 19:48
Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real" baş məşqçisi Karlo Ançelotti ilə bağlı qərarını verib.

Milli.Az APA-ya istinadən bildirir ki, Madrid klubu 63 yaşlı italiyalı mütəxəssisə yeni mövsümdə də güvənəcək.

Ançelotti bildirib ki, "Real" prezidenti Florentino Peresin etibarını doğrultmaq üçün sonadək bacardığını edəcək. O, komandaya bu mövsüm Çempionlar Liqasında, həmçinin yeni mövsümdə iştirak edəcəkləri yarışlarda da uğur qazandıracağına inandığını deyib.

Qeyd edək ki, 2013-2015-ci illərdə "Real"ı çalışdıran Ançelotti 2021-ci ildə yenidən komandaya qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.