İdman

"Neftçi" "Səbail"lə bacarmadı - VİDEO

22 Aprel 2023 20:28
Baxış: 762
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Milli.Az "report"a istinadən bildirir ki, günün ikinci matçında "Neftçi" səfərdə "Səbail"lə üz-üzə gəlib.

"ASCO Arena"dakı qarşılaşma 1:1 hesabı ilə bitib. Qonaqların heyətində 8-ci dəqiqədə Yeqor Boqomolski, "dənizçilər"də isə 32-ci dəqiqədə Maksim Çex fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 61-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. Meydan sahibləri 22 xalla sonuncu 10-cu sıradadır.

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəlib. XXXI turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Kəpəz"lə 1:1, "Qarabağ" isə "Zirə" ilə 2:2 hesablı heç-heçə edib. Tura aprelin 23-də keçiriləcək "Sumqayıt" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.