"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanovun İtaliyanın "Torino" klubuna mümkün transferi ilə bağlı danışıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis məsələ ilə bağlı hər hansı rəsmi təklifin olmadığını bildirib.
"Belə bir təklif yoxdur. Olsa, sizə də xəbər verəcəyik", - Q.Qurbanov deyib.
Qeyd edək ki, son günlər İtaliya və yerli mətbuatda Musa Qurbanlının "Torino"ya transferinin gündəmdə olduğu barədə məlumatlar yayılıb.
Milli.Az