Musa Qurbanlı "Torino"ya transfer olacaqmı?

22 Aprel 2023 07:11

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oğlu Musa Qurbanovun İtaliyanın "Torino" klubuna mümkün transferi ilə bağlı danışıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis məsələ ilə bağlı hər hansı rəsmi təklifin olmadığını bildirib.

"Belə bir təklif yoxdur. Olsa, sizə də xəbər verəcəyik", - Q.Qurbanov deyib.

Qeyd edək ki, son günlər İtaliya və yerli mətbuatda Musa Qurbanlının "Torino"ya transferinin gündəmdə olduğu barədə məlumatlar yayılıb.

Milli.Az