İdman

Modriç 30 milyon avroluq təklifi rədd etdi

13 Aprel 2023 20:24
Baxış: 1 002
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real Madrid"in yarımmüdafiəçisi Luka Modriç Səudiyyə Ərəbistanında oynamaq istəməyib.

Asiya ölkəsinin adı açıqlanmayan klubu xorvat futbolçuya illik 30 milyon avro məvacib təklif edib. Bununla belə, o, "Real Madrid"də oynamağa davam etmək istəyir. Futbolçu ümid edir ki, tezliklə klubla yeni sözləşməni razılaşdıracaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu 2012-ci ilin yayından "Real Madrid"də çıxış edir. Bu müddət ərzində o, 307 oyun keçirib və 25 qola imza atıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.