İdman

"Kəpəz" Gəncədən köçür - Ev oyunlarını burada keçirəcək

9 Aprel 2023 19:48
Baxış: 1 688
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kəpəz" növbəti mövsüm ev oyunlarını Gəncədə keçirməyəcək.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, qərb təmsilçisi stadion probleminə görə rəqiblərini Qəbələdə qəbul edəcək.

Qeyd edək ki, 28-ci tur çərçivəsində Gəncədə keçirilən "Kəpəz" - "Səbail" oyununda müşahidə olunan durum ciddi əks-səda doğurub. Qazonun yararsız olmasına görə hətta bu mövsümkü son ev oyunlarının Gəncədə keçirilməsinə qadağa qoyulacağı gözlənilirdi. "Kəpəz" rəsmiləri bu barədə açıqlama verib "Turan Tovuz"la matçı da Nizami yurdunda keçirəcəklərini bəyan edib.

Qeyd edək ki, "Kəpəz" bu mövsümün əvvəlində məhz stadion probleminə görə ev oyunlarını Gəncədən kənarda - "Dalğa Arena"da və "Qəbələ"də keçirmək məcburiyyətində qalmışdı. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.