İdman

Çempionlar Liqası: Bu gün daha iki komanda 1/4 finala vəsiqə qazanacaq

8 Mart 2023 11:00
Baxış: 1 448
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Milli.Az xəbər verir ki, bununla 1/4 finalın növbəti iştirakçıları bəlli olacaq.

Gecənin ən maraq doğuran matçı Almaniyada gerçəkləşəcək. Fransadakı ilk görüşdə PSJ-yə 1:0 hesabı ilə qalib gələn "Bavariya" bu dəfə rəqibini Münhendə sınağa çəkəcək. Oyunun baş hakimi italiyalı Daniele Orsato olacaq.

Digər görüşdə isə İtaliya "Milan"ı İngiltərədə "Tottenhem"lə münasibətlərinə aydınlıq gətirəcək. Görüşü fransalı FIFA referisi Klemen Türpin idarə edəcək. "Rossonyerlər" Milandakı ilk qarşılaşmada minimal hesablı qələbə qazanıblar - 1:0.

UEFA Çempionlar Liqası
1/8 final, cavab oyunları
8 mart

00:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa)
Baş hakim: Daniele Orsato (İtaliya)
İlk oyun - 1:0
"Münhen Futbol Arenası".

00:00. "Tottenhem" (İngiltərə) - "Milan" (İtaliya)
Baş hakim: Klemen Türpin (Fransa)
İlk oyun - 0:1
London, "Tottenhem Hotspur" stadionu.

Qeyd edək ki, daha əvvəl Portuqaliyanın "Benfika" və İngiltərənin "Çelsi" komandaları 1/4 finala vəsiqə qazanıblar.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.