İdman

Mbappe və Messinin gecəsi - VİDEO

27 Fevral 2023 17:55
Baxış: 1 207
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa PSJ-sində çıxış edən Kilian Mbappe klub tarixinin ən məhsuldar futbolçusu rekordunu təkrarlayıb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, hücumçu Liqa 1-in XXV turunda "Marsel"lə oyunda dubl etməklə buna nail olub.

Komandasının 3:0 hesablı qələbəsinin memarı olan 25 yaşlı forvard PSJ-nin heyətində bütün turnirlərdəki ümumi qollarının sayını 200-ə çatdırıb və Edinson Kavaninin rekordunu təkrarlayıb. Bu göstəriciyə çatmaq üçün Mbappeyə 246 oyun kifayət edib. Kavani isə aktivinə 200 qol yazdırmaqdan ötrü 301 matç keçirməli olub.

Qarşılaşma Messi üçün də əlamətdar olub. Belə ki, Messi klub səviyyəsində 700-cü qolunu vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.