İdman

İlon Mask “Mançester Yunayted”i ala bilər

14 Fevral 2023 19:51
Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən zəngin şəxslərindən biri İlon Mask "Mançester Yunayted"in yeni sahibi ola bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ötən ilin noyabrında 2005-ci ildən "Mançester Yunayted"in sahibi olan Qleyzer ailəsi klubu satmaq niyyətində olduğunu açıqlayıb.

Bildirilir ki, "SpaceX"in təsisçisi klubun satışı ilə bağlı vəziyyəti diqqətlə izləyir.

Məlumata görə, "Mançester Yunayted" üçün təklifin son tarixi fevralın 17-nə təyin edilib.

Xatrladaq ki, keçən ilin avqustunda Mask artıq "Mançester Yunayted"i almaq niyyətində olduğunu bildirsə də, sonradan öz açıqlamasını zarafat adlandırmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.