İdman

Bu qışın ən maraqlı transferi - 25 dəqiqə...

10 Fevral 2023 21:17
Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir vaxtlar "Mançester Siti", ÇSKA, "Everton" və "Qalatasaray" kimi klubların formasını geyinmiş Jonu yəqin xatırlayırsınız. O, bu qış transfer pəncərəsinin ən maraqlı keçidinin iştirakçısı olub.

Milli.Az xəbər verir ki, yanvarın 25-də azad agent statusu ilə Səudiyyə Ərəbistanının "Əl-Cəbalayn" klubu ilə müqavilə imzalayan braziliyalı hücumçu bir həftə keçməmiş - yanvarın 31-də qovulub. Braziliya millisinin sabiq üzvü cəmi 25 dəqiqə oynamağa fürsət tapıb.

Onun müqaviləsinə hansı səbəbdən xitam verildiyi məlum deyil. Jo özü bu barədə danışmır. Klub isə adət etdiyimiz şablon açıqlama ilə kifayətlənib. Səudiyyə Ərəbistanı təmsilçisi hətta qısa zamanda ona əvəzləyici də tapıb. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.