İdman

Ronaldo “Əl-Nəsr”in heyətində vurduğu ilk qoldan danışdı

4 Fevral 2023 08:40
Baxış: 940
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Əl-Nəsr"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldo Səudiyyə Ərəbistanı klubunun heyətində rəsmi oyunda vurduğu ilk qolu şərh edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Ronaldo bu haqda sosial şəbəkələrdə yazıb:

"Səudiyyə Ərəbistanı liqasında ilk qolumu vurduğum üçün çox şadam. Komanda belə çətin matçda vacib heç-heçəyə nail olmaq üçün çox səy göstərdi!"

Qeyd edək ki, hücumçu "Əl-Fateh" klubu ilə qarşılaşmanın (2:2) 90-cı dəqiqəsində fərqlənib. Ronaldo penaltidən dəqiq zərbə ilə yadda qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.