Bu gün Tofiq Bəhramovun ad günüdür
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün Azərbaycanın futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, T.Bəhramov 1925-ci il 29 yanvarda Bakıda anadan olub.
O, AFFA yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Tofiq Bəhramovun 1966-cı ildə İngiltərədə keçirilən 8-ci dünya çempionatının finalında İngiltərə komandasının lehinə verdiyi obyektiv qərar "Uembli" stadionuna toplaşmış 98 min tamaşaçının yaddaşına həkk olub və dünya futbol tarixinə qızıl hərflərlə yazılıb.
1951-ci ildən SSRİ çempionatının oyunlarına təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-dən beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənib. İki oyunda baş hakim, 6 oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.
O, Nikolay Latışevdən sonra dünya çempionatının final mərhələsində hakimlik etmiş ikinci, 1972-ci ildə UEFA Kubokunun final oyununu ("Vulverhempton" - "Totenhem") idarə etmiş birinci sovet hakimi olub. O, 1972-ci ildə Qitələrarası kubokun finalında "Ayaks" (Hollandiya) - "İntependyente" (Argentina) matçını idarə edib.
DÇ-1966-nın oyunları həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırıb və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaradıb. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Cefri Hertsin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bilib. Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdu.
T.Bəhramov isə bu qarşılaşmada laynsman (yan xətt hakimi) funksiyasını yerinə yetirsə də, Britaniya kraliçası II Yelizaveta "Qızıl fit"i və "Qızıl ilahə"nin kiçik modelini həmyerlimizə təqdim edib. O, 1970-ci il dünya çempionatında Braziliya - Uruqvay yarımfinal oyunu da daxil olmaqla, 3 matçda baş hakim olub.
Tofiq Bəhramov 1993-cü ildə vəfat edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
“Qısa müddətdə formaya düşməliyik” - Qurban Qurbanov
-
"Zirə"nin rəqibi bilindi
XƏBƏR LENTİ
-
Yumurtadan qat-qat çox protein bərpa edir: Yaşıl mərcini yeyən xəstəlik nədir bilmir
-
Meyxanaçı Rüfət: "Meyxanaçı kimdən səviyyəsizdir?"
-
Xərc yox, gəlir yüksək: Təqaüdçü müəllimin hobbisi qazana çevrildi - FOTO
-
"Həyat yoldaşım çox danışmağa qoymur"
-
Paltar etiketindəki bu işarəyə baxmadan maşını işə salmayın — Mütəxəssislərdən xəbərdarlıq
-
Pomidor yeyərkən iki dəfə düşünün
-
Fərhad Mehdiyevin qızı qəzada həlak oldu - Yenilənib - FOTO
-
Fransa millisi dünya çempionatına qələbə ilə başlayıb - YENİLƏNİB
-
Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə Brunonu gətirir
-
Xocəsən gölü daşdı, evləri su basdı: Bələdiyyədən açıqlama - VİDEO
-
Avtobusda qeyri-etik görüntülər: Saxlanılan var - VİDEO
-
Anasından Ramal İsrafilova bahalı hədiyyə - FOTO
-
Sürücülərin nəzərinə: "Bonus-Malus" ləğv olundu, yeni sığorta qaydaları nələri dəyişir?
-
Uğurun yerinə Burak Özçivit gətirilir
-
İsveçrənin vitse-prezidenti erməni revanşistə yerini göstərib
-
“Atam tez gəl desə də, son nəfəsinə çata bilmədim” - Anar Heybətovla müsahibə
-
Günün qoroskopu: Gözlənilməz xərclər büdcənizi sarsıda bilər
-
Dünyanın ən zəhərli ağaclarından biri: Yağışda əsla altında dayanmayın
-
Roberto Martines millini tərk etməyə hazırlaşır
-
"İçən adam idi, çox vaxt aptek spirti içirdi"
-
Ruben Amorim "Milan"ın baş məşqçisi oldu
-
Gəncədə müğənni qəzaya düşdü - FOTO
-
Sabah Xətai rayonunda qaz olmayacaq
-
Ozan Akbabanın doğulduğu ev - FOTO





