Erməni idmançının təxribatı ilə bağlı şikayət qəbul olundu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Tennis Federasiyasının erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun "Australian Open" turnirindəki təxribatı ilə bağlı Beynəlxalq Tennis Federasiyasına göndərdiyi məktub qəbul olunub.
Bununla bağlı Beynəlxalq Tennis Federasiyasının məktubunda qeyd olunur:
"Beynəlxalq Tennis Federasiyası Karen Xaçanovun "Australian Open" çempionatında keçirdiyi oyunların sonunda meydançadakı kameraya yazdığı mesajla bağlı şikayətinizi qəbul edib. Beynəlxalq Tennis Federasiyası şikayətinizi "Australian Open" turnirinin təşkilatçısı olan "Tennis Australia"ya yönləndirdi. "Böyük Dəbilqə" Davranış Kodeksinə əsasən, Avstraliya Tennisi və "Böyük Dəbilqə"nin İdarə Heyəti "Australian Open" turniri və tədbirdə iştirak edən oyunçuların davranışı ilə bağlı yurisdiksiyaya malikdir. Onlar "Böyük Dəbilqə" Davranış Kodeksinə zidd hesab oluna bilən hər hansı hərəkəti araşdırmaq üçün müvafiq orqandırlar və istənilən növbəti tədbir planı həmin Davranış Məcəlləsində müəyyən edilmiş prosedurlara uyğun olaraq həyata keçiriləcək".
Azərbaycan Tennis Federasiyasından isə bildirilib ki, Beynəlxalq Tennis Federasiyası qarşıda baş verə biləcək hər hansı təxribatı nəzərində saxlasa da, Xaçanovun bundan əvvəlki əməllərinə görə hansısa tədbirin görülməməsi ciddi narahatlıq doğurur. Ona görə də, əvvəlki təxribatlar da nəzərə alınmaqla, erməni əsilli idmançının cəzalandırılması üçün yenidən beynəlxalq quruma müraciət ünvanlanacaq.
Xatırladaq ki, Xaçanov ardıcıl 2 oyundan sonra kameranın obyektivinə Qarabağdakı separatçı rejimin təbliği ilə bağlı yazı yazıb. Yarışda, həmçinin Ermənistanla yanaşı, separatçı rejiminin bayrağı açılıb.
Bu hadisələrdən sonra Gənclər və İdman Nazirliyi və Azərbaycan Tennis Federasiyası müvafiq qurumlara etiraz məktubu ünvanlayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Elvin uzun müddət sonra - (Video)
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
“Qarabağ”ın avrokuboklardakı anşlaqı yerli liqada yoxdur: 31 minlik stadionda acınacaqlı mənzərə - (Video)
-
"Arsenal" Xviça Kvaratsxeliyanı heyətinə qatmaq istəyir
-
Kriştianu Ronaldu milli komandaya çağırıldı
XƏBƏR LENTİ
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)
-
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
-
Evində uşaqlara dərs keçmək üçün şəraiti olanların diqqətinə!
-
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
-
Nobel mükafatının məbləği artırıldı
-
“Qarabağ” "Şəfa"ya, "Neftçi" "Qəbələ"yə qalib gəldi
-
Kadırovun oğlu səs verdikdən sonra “ləzginka” oynadı - (Video)
-
Sumqayıtda azyaşlını avtobus vuraraq öldürüb





