İdman

"Hamı "Qarabağ" barədə yalnız xoş sözlər danışır" - Adama Diakabi

14 Yanvar 2023 08:43
Baxış: 835
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın yeni transferi Adama Diakabi komandanın Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində "Rakuv"la (Polşa) yoxlama matçından (0:3) sonra Peşəkar Futbol Liqasının yutub kanalına açıqlama verib.

26 yaşlı hücumçu Ağdam təmsilçisinə keçidindən danışıb. O, "Qarabağ"a gəldiyinə görə xoşbəxt olduğunu deyib: "Burada olduğum üçün çox məmnunam. Həm "Qarabağ"la müqavilə imzalamağıma, həm də komandada ilk oyunuma çıxdığıma görə şadam. Komanda haqqında məlumatım var idi. Eyni zamanda burada əvvəldən tanıdığım futbolçular var. Məsələn, Abdullah Zubiri qeyd edə bilərəm. Hamı "Qarabağ" barədə yalnız xoş sözlər danışır. Ona görə də mən bu komadaya qoşulduğum üçün məmnunam. Yenidən futboldan zövq almaq istəyirəm".

Adama qeyd edib ki, əvvəllər "Qarabağ"ın oyunlarını izləyib: "Təxminən 1 il əvvəl də Bakıya gəlmişdim. Klubun bazası ilə, şəhərlə tanış oldum. "Qarabağ"ın bir çox oyunlarını izləmişəm. Komandanın bir çox oyunlarını izlədim. "Marsel"lə, "Olimpiakos" ilə matçlara baxdım. Təəssüratlarım yaxşıdır. Bildiyiniz kimi, artıq komandaya qoşulmuşam. Məşqçilər heyəti ilə hər gün üzərimizdə işləyirik. Konfrans Liqasında növbəti oyun üçün hazırlaşırıq".

Fransalı forvard öz formasına düşmək üçün çalışdığını vurğulayıb: "Bildiyiniz kimi, uzun müddət futbol oynamamışam. Hər gün məşqçilərlə işləyirik. Əvvəlki formamı mümkün qədər tez bir zamanda bərpa etmək üçün çalışırıq. Addım-addım çalışacağıq ki, hazır olaq".

Qeyd edək ki, "Qarabağ" Adama Diakabi ilə 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.