İdman

Ronaldinyonun oğlu "Barselona"ya keçir

13 Yanvar 2023 08:08
Baxış: 1 539
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya millisinin sabiq futbolçusu Ronaldinyonun oğlu Joao Mendeş de Assis Moreyra İspaniya "Barselona"sına keçir.

Milli.Az "report"a istinadən bildirir ki, ölkəsinin "Kruzeyro" klubu ilə müqaviləsini pozan braziliyalı hücumçu hazırda Kataloniya təmsilçisinin düşərgəsindədir.

Tibbi müayinədən uğurla keçəcəyi halda 18 yaşlı forvardla müqavilə imzalanacaq. İddiaya görə, "Barselona"nın prezidenti Joan Laporta Mendeşin transferi şəxsən maraqlanır, tez-tez oyunçunun atası ilə əlaqə saxlayır.

Qeyd edək ki, Ronaldinyo 2003 - 2008-ci illərdə "Barselona"da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.