İdman

“Neftçi” – “Vaşaş” oyununun başlanma vaxtı açıqlanıb

10 Yanvar 2023 08:48
Baxış: 934
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Antalyada təlim-məşq toplanışında olan "Neftçi"nin hazırlıq çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun başlanma vaxtı açıqlanıb.

Klubdan bildiriblər ki, Macarıstanın "Vaşaş" komandası ilə yanvarın 10-da keçiriləcək matç Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. "Gloria Golf Club"un stadionunda keçiriləcək oyun "Neftçi TV" vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Belek bölgəsində məskunlaşan komandamız daha 3 yoxlama görüşü keçirməyi planlaşdırır. "Ağ-qaralar" yanvarın 15-də Polşanın "Medz Leqnisa" və Serbiyanın "Baçka Topola", 19-da isə bu ölkənin məşhur "Srvena Zvezda" klubu ilə qarşılaşacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.