İdman

Günay Məmmədzadə qızıl medal qazandı - FOTO

8 Yanvar 2023 16:00
Baxış: 1 231
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Çinin Sian şəhərində keçirilən "The Belt and Road 2023 to World Chess Woman's Summit" beynəlxalq turnirinin qalibi olub.

Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 11 turdan sonra 8,5 xal toplayan Günay Məmmədzadə yeni ildə iştirak etdiyi ilk turnirdə qızıl medala layiq görülüb.

Eyni xala malik Bibisara Assaubayeva (Qazaxıstan) əlavə göstəricilərə görə yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, turnirdə yeddi ölkədən 12 şahmatçı iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.