İdman

Həbib MMA-dan getdi

8 Yanvar 2023 10:46
Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə keçmiş çempionu rusiyalı Həbib Nurməhəmmədov MMA-dan (Qarışıq Döyüş Növləri) gedib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə "TASS"a Nurməhəmmədova yaxın üç mənbə məlumat verib.

"Həbib MMA sənayesini tərk edib. O, artıq məşq keçməyəcək, təlim-məşq toplanışında komanda ilə birlikdə olmayacaq. Bu, ailəsi ilə daha çox vaxt keçirmək üçün edilir", - mənbə bildirib.

Qeyd edək ki, 34 yaşlı Nurməhəmmədov 2020-ci ilin oktyabrında UFC-dən ayrılıb. Ümumilikdə, qarışıq döyüş növləri üzrə onun 29 qələbəsi var, heç bir məğlubiyyəti yoxdur.

Final döyüşündə H. Nurməhəmmədov ikinci raundda amerikalı Castin Getjini boğaraq məğlub edib və döyüşdən sonra karyerasını başa vurduğunu açıqlayıb. O, qərarını anasına verdiyi sözlə izah edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.