İdman

“Qarabağ” Kadini fantastik məbləğə satdı - Azərbaycan futbolunda ilk

4 Yanvar 2023 21:45
Baxış: 2 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "Qarabağ" futbol klubu Kadi Borgesin "Krasnodar"a transfer olunduğunu rəsmən açıqlayıb.

Milli.Az xəbər verir ki, "qafqazinfo"nun əldə etdiyi məlumata görə, transfer Ağdam klubuna 5 milyon dollar qazandıracaq.

Belə ki, braziliyalı futbolçu ilə yayda bağlanmış müqavilənin şərtlərinə əsasən, hər hansı bir klub qeyd olunan məbləği təklif edəcəyi halda Kadini transfer etmək hüququna sahib olacaqdı. "Krasnodar" da müqavilədəki bu bənddən yararlanıb.  

Qeyd edək ki, Kadinin transferi ilə "Qarabağ" Azərbaycan futbolunda tarixi rekorda imza atıb. Belə ki, indiyədək heç bir xarici klub Azərbaycandan transfer etdiyi futbolçuya bu qədər məbləğ ödəməmişdi.   

Kadi 2021-ci ilin yayından "Qarabağ"da oynayırdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.