İdman

Amerikalı futbolçunun oyun zamanı ürəyi dayandı - VİDEO

4 Yanvar 2023 08:40
Baxış: 1 341
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Amerika Milli Futbol Liqasının (NFL) "Baffalo" klubunun oyunçusunun matç zamanı ürəyi dayanıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə "Sinsinnati" ilə matçda baş verib.

24 yaşlı Damar Hemlin adlı oyunçu rəqib komandanın oyunçusu ilə toqquşduqdan sonra yıxılıb və sonra huşunu itirib. Sahəyə qaçan həkimlər ona ürək-ağciyər reanimasiyası ediblər. Daha sonra Hemlin Sinsinnati Tibb Mərkəzinə aparılıb.

Futbolçunun vəziyyətinin ağır olduğu bildirilib.

Hemlin NFL-də ikinci mövsümünü keçirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.