İdman

“Liverpul” Kodinin transferini razılaşdırıb

27 Dekabr 2022 08:04
Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Niderland milli komandasının üzvü Kodi Qakpo karyerasını İngiltərənin "Liverpul" klubunda davam etdirəcək.

Bu barədə futbolçunun hazırda məxsus olduğu "PSV Eyndhoven" klubu məlumat yayıb.

Bildirilib ki, 23 yaşlı hücumçu bu yaxınlarda İngiltərəyə yollanacaq.

"Daily Mail" qəzetinin məlumatına görə, İngiltərə təmsilçisi futbolçunun keçidi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.

Qeyd edək ki, 2018-ci ildən "PSV"də çıxış edən futbolçu 159 oyunda 55 dəfə fərqlənib. O, Niderland yığmasının heyətində 13 oyunda 6 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.