İdman

Modriç yeni rekorda imza atdı

17 Dekabr 2022 22:18
Baxış: 1 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Luka Modriç 2022-ci il dünya çempionatında Xorvatiyanın 7 matçının hamısında iştirak edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi Mərakeşlə üçüncü yer uğrunda görüşdə ilk dəqiqələrdən meydanda olub.

Əvvəllər yalnız qapıçılar Peter Şilton (1990) və Dino Dzoff (1982) yaşları 37-dən yuxarı ikən dünya çempionatlarında eyni turnirdə yeddi oyuna çıxıblar.

Beləliklə, "Real Madrid"in yarımmüdafiəçisi 37 və daha yuxarı yaş kateqoriyasında turnirin bütün oyunlarında iştirak edən ilk sahə oyunçusu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.