İdman

“Qarabağ”ın hər bir futbolçusu Azərbaycan xalqı tərəfindən çox sevilir" - Emrah Çelikel

17 Dekabr 2022 20:06
Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Məqsədimiz odur ki, sevimli futbolçularımız öz azarkeşləri ilə görüşsünlər, onlarla şəkil çəkdirib, imza paylasınlar. Əsas məqsəd futbolçuların öz azarkeşləri ilə daha yaxın olmasına nail olmaqdır".

Bu sözləri "Qarabağ"ın direktoru Emrah Çelikel Ağdam təmsilçisinin futbolçuları Qara Qarayev və Kadi Borges klubun "Park Bulvar"dakı fan-şopunda qonaq olması bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O, ilk belə tədbirdə bu cür izdiham olacağını gözləmədiklərini söyləyib: "Bunu hesablamamışdıq. "Qarabağ"ın hər bir futbolçusu Azərbaycan xalqı tərəfindən çox sevilir. Amma bu da bizim üçün təcrübə oldu. Bu, birinci dəfə idi. Bəzi qüsurlar, gözlənilməz problemlərlə üzləşdik. Ancaq əsas odur ki, buraya olan maraq çox böyükdür. Bu da bizim üçün bir stiumul oldu ki, tez bir vaxtda daha böyük tərkibdə belə bir tədbir keçirək."

E.Çelikel daha sonra vurğulayıb: "Biz hansı futbolçunu transfer ediriksə, ilk növbədə onların formalarını satışa çıxarmağa üstünlük veririk. Bu gün tam səmimiyyətimlə etiraf edirəm ki, fan-şopumuzla bağlı çatışmazlıqlarımız var. Bu tədbir həm də bizim üçün bir sınaq idi. Ən yaxın zamanda bu əlavə tələbləri də nəzərə alaraq yenidən azarkeşlərimizin görüşünə gələcəyik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.