İdman

"Qarabağ"ın hazırda danışıq apardığı futbolçular yoxdur"

17 Dekabr 2022 19:34
Baxış: 658
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın direktoru Emrak Çelikel transfer planları haqda danışıb.

O, jurnalistlərə açıqlamasında bildirib ki, transfer məsələləri baş məşqçi Qurban Qurbanovun səlahiyyətindədir: "Bizim işimiz sadəcə, onun istədiklərini icra etmək, Qurban Qurbanovun göstərdiyi futbolçuları heyətimizə qatmaqdır. Bu məsələ yalnız yay və qış fasilələrində yox, hər gün gündəmimizdədir, hər zaman çalışmalarımız davam edir. Ancaq hazırda danışıq apardığımız futbolçular yoxdur. Lakin bu, olmayacağı anlamına da gəlmir".

O,  Marko Veşoviç və müqaviləsinin müddəti bitmək üzrə olan digər futbolçularla danışıq aparılıb-aparılmadıqları ilə bağlı deyib: " Bildiyiniz kimi, ötən gün dörd gənc futbolçu ilə yeni, 3.5 illik müqavilə bağladıq. Bu yöndə də işlərimiz davam edir. Futbolçularla və onların menecerləri ilə danışıqlar davam edir. Veşoviçlə də həmçinin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.