İdman

Fransa final öncəsi heyətini gücləndirir!

15 Dekabr 2022 18:17
Baxış: 1 539
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

DÇ-2022-nin finalı ərəfəsində Fransa millisinin heyətinə daha bir futbolçu qoşula bilər.

Milli.Az apasport.az-a istinadən bildirir ki, "Real"ın hücumçusu Kərim Benzemanın yığmaya qoşulmaq üçün Qətərə yollanacağı gözlənilir.

Zədə üzündən mundiala getməyərək klubun düşərgəsinə qayıdan forvardın adı iştirak ərizəsindən çıxarılmayıb. Onun final öncəsi səfərə yollanmasına "Real" da razılıq verib. Lakin son qərarı Kərim özü verməlidir.

Qeyd edək ki, dekabrın 18-də keçiriləcək finalda Fransanın rəqibi Argentina olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.