İdman

Ronaldo DÇ-də bu komandanı çempion görür

13 Dekabr 2022 09:00
Baxış: 2 509
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliya millisini kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin əsas favoritini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu bu barədə "Mirror"a müsahibəsində deyib:

"Düşünürəm ki, turnir başlamazdan əvvəl dediyim kimi, Fransa əsas favoritdir. Və mən də Mbappenin bu mundialın ən yaxşı oyunçusu olacağını düşünürəm".

Ronaldo İngiltərənin turnirdə mübarizəni dayandırması haqda da danışıb:

"Unutmayın, İngiltərə Fransaya qarşı çox yaxşı futbol oynadı. Düşünürəm ki, Braziliya ilə eyni şey onların da başına gəldi. Sonda hər xırda detal matçın nəticəsinə təsir etdi. Ancaq İngiltərə dünya çempionatında oynadığı futbolla fəxr etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.