İdman

“Onu heç vaxt unutmayacağam”

12 Dekabr 2022 19:32
Baxış: 1 353
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliya millisinin hücumçusu Neymar dünya çempionatının 1/4 finalında Xorvatiyaya məğlub olduqdan sonra yığmadan istefa verən Tite barədə fikirlərini açıqlayıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, PSJ-nin 30 yaşlı forvardı təcrübəli mütəxəssis barədə xoş sözlər deyib.

O bildirib ki, Tite karyerasında ən yaxşı məşqçi kimi qalacaq: "Elə olub ki, haqqımda neqativ fikirlərə düşünmüsüz. Sizi baş məşqçi təyin edib, mənə 10 nömrəni verdilər. Barənizdə heç vaxt mənfi fikirdə olmamışam. Baş məşqçi kimi əla idiz, insan kimi isə ondan yaxşı. Həyatımda ən yaxşı çalışdırıcılardan biri olaraq qalacaqsız və hər an sizi dəstəkləyəcəm. Təbii ki, Xorvatiya ilə oyunda bizim əla fürsətlərimiz oldu. O anları dəyərləndirə bilmədiyimiz üçün təəssüflənirəm. Siz və komanda kuboka sahib olmağa layiq idi. Uduzmağımız hər birimizi məyus edir. Bizə yalnız səbir etmək lazımdır. Sizin "ruhən güclü olun" sözlərinizi heç vaxt unutmayacam".

Qeyd edək ki, Tite 2016-2022-ci illərdə Braziliya millisini çalışdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.