DÇ-2022: Braziliyanın büdrədə bilmədiyi avropalılar, Van Qalın yeganə məğlubiyyəti - TƏHLİL
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında üz-üzə gələcək Xorvatiya və Braziliya yığmaları daha əvvəl dörd dəfə bir-birilərinə rəqib olublar.
Milli.Az "report"a istinadən bildirir ki, son olaraq 2018-ci ildəki yoldaşlıq oyununda 2:0 hesablı qələbə qazanan Cənubi Amerika təmsilçisi indiyədək bu komandaya (3 qələbə, 1 heç-heçə) uduzmayıb. Mundiallarda bu qitənin yığmaları ilə beş dəfə görüşən Xorvatiya dörd qarşılaşmadan məğlub ayrılıb. "Damalılar" yalnız 2018-ci ildə Argentinanı üç cavabsız qolla üstələyib.
"Sambaçılar" çempion olduqları DÇ-2002-dən sonra turnirlərdə məhz Avropa milliləri ilə görüşlərdə mübarizəni dayandırıb. Braziliya seçməsi 2006-cı ildə 1/4 finalda Fransaya, 2010-cu ildə Niderlanda, 2018-ci ildə Belçikaya yenilib. Komanda DÇ-2014-də yarımfinalda Almaniya ilə dueldə tarixi məğlubiyyət almışdı - 1:7.
Xorvatların böyük turnirlərdə (Avropa və dünya çempionatları) qrup mərhələlərindən sonrakı səkkiz matçın yeddisi əlavə vaxta gedib. Yığma DÇ-2018-in finalında Fransaya əsas vaxtda 2:4 hesabı ilə uduzub. Mundialdakı dörd oyundan qələbə ilə ayrılan komanda bunların 3-nü penaltilər seriyasında əldə edib.
1/4 finalın ikinci qarşılaşmasında Niderland və Argentina milliləri münasibətlərə aydınlıq gətirəcəklər. Tərəflər mötəbər yarışda 6-cı dəfə üz-üzə gələcəklər. Hərəyə iki qələbə əldə edən seçmələr bir dəfə qrup matçında heç-heçəyə razılaşıblar.
DÇ-2014-ün yarımfinal mərhələsində Cənubi Amerika təmsilçisi əsas və əlavə vaxtı qolsuz bərabərliklə yekunlaşan görüşdə penaltilər seriyasında rəqibini məyus edib. Bu isə Niderlandın baş məşqçisi Lui Van Qalın dünya çempionatlarında mütəxəssis kimi yeganə məğlubiyyətidir. "Narıncılar" onun rəhbərliyi altında 9 qələbə və 1 heç-heçə əldə ediblər.
2006-cı ildə qrup oyununda da qolsuz heç-heçə qeydə alınıb. 1930-cu ildə ilk turnirin finalında Uruqvay millisinə uduzan "tanqoçular" daha mundiallarda qrup mərhələsindən sonra yalnız Avropa komandalarına məğlub olub.
Niderland yığması isə qatıldığı yarışlarda əvvəlki üç 1/4 finalda (1998, 2010 və 2014) mərhələ adlayıb. Köhnə qitə təmsilçisi 1998-ci ildə bu mərhələdə Braziliya ilə bacarmayıb.
Qeyd edək ki, Xorvatiya - Braziliya oyunu Bakı vaxtı ilə saat 19:00-da, Niderland Argentina matçı ilə saat 23:00-da başlayacaq.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Röyanın illər əvvəl atası ilə təsirli dialoqu kövrəltdi - (Video)
-
“SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” - (Video)
-
Tramp onu hava limanında şəxsən qarşılayacaq
-
Bazar gününün havası açıqlandı
-
Dövlət Bayrağının bu şəhərlərdə dalğalanması ölkənin ərazi bütövlüyünün bərpasının təzahürü idi - Kamaləddin Qafarov
-
Aparıcı “palatka biznesi” ilə bağlı şok sirri açdı - (Video)
-
Bakıda bu marşrut avtobuslarının yolu dəyişdirildi - Siyahı
-
DİN antiterror tədbirlərindən real döyüş kadrları yaydı - (Video)
-
Serxio Ramos: "Ardaya kifayət qədər şansı verilsə, onu keçə bilər"
-
Rusiyada ayılara görə komendant saatı tətbiq edildi
-
Hərbçimizlə erməni qadın arasında dialoq - (Video)
-
Trampdan Rusiyaya qarşı sərt addım - İmzaladı
-
Elgizin görüntüsü viral oldu – (Video)
-
Tural İsmayılov yeni vəzifəyə təyin olundu
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı





