İdman

Mundiallar tarixində qol vurub, qovulan 2-ci futbolçu

3 Dekabr 2022 07:35
Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kamerun yığmasının hücumçusu Vensan Əbubəkr Zinəddin Zidandan sonra dünya çempionatında qol vurub, qırmızı vərəqə alan ikinci futbolçu olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, Braziliyaya əlavə vaxtda qələbə qolunu vuran Kamerun millisinin kapitanı sevincini qeyd edərkən formasını çıxardığı üçün 2-ci sarı vərəqə ilə meydandan qovulub.

Xatırladaq ki, Fransa millisinin futbolçusu Zinəddin Zidan DÇ-2006-da İtaliya ilə final görüşündə 7-ci dəqiqədə penaltidən qol vursa da, onun valideynini təhqir edən rəqib müdafiəçi Marko Materatsinin sinəsinə baş zərbəsi endirdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırılmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.